Pleyeri seçin:

"Tərk elə buranı!" | Sakinləri boğaza yığan obyektin sahibi jurnalisti qovdu - Baku TV

26 may 2026 467 baxış

Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 44 ünvanında fəaliyyət göstərən gecə klubunun yaratdığı səs-küy və ətrafda baş verən xoşagəlməz hadisələr yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Sakinlər bildirirlər ki, obyekt fəaliyyətə başladığı gündən ərazidə asayiş pozulur və gecə saatlarında istirahət etmək qeyri-mümkün hala gəlir.

Şikayətçilərdən birinin sözlərinə görə, təxminən iki aydır açılan bu klub sakinlərin rahatlığını tamamilə əlindən alıb.

O qeyd edib ki, gecə saat 12-dən səhər 6-7-yə qədər davam edən səs-küy səbəbindən mənzillərdə yatmaq mümkün deyil. Dəfələrlə obyektin icarədarlarına narazılıq ifadə olunsa da, sakinlərə məhəl qoyulmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, sözügedən ünvanda vətəndaşların rahatlığını pozan məişət səs-küyü ilə bağlı daxil olan şikayət əsasında polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb:

“İaşə obyektinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Eyni zamanda analoji halın yenidən təkrarlanacağı təqdirdə obyekt rəhbərliyinə qarşı daha ciddi məsuliyyət tədbirlərinin görüləcəyi də diqqətə çatdırılıb”. 

Kopyalandı
Banner
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 467 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 467 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 467 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 467 baxış
"Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV

"Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 467 baxış
"Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü

"Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü

Cəmiyyət
09 noyabr 2026 467 baxış
Şəhidlərin xatirəsi Hərbi Memorial Məzar­lıqda dərin ehtiramla yad olundu - Baku TV

Şəhidlərin xatirəsi Hərbi Memorial Məzar­lıqda dərin ehtiramla yad olundu - Baku TV

Cəmiyyət
09 noyabr 2026 467 baxış
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsi ehtiramla yad olundu - Baku TV

Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsi ehtiramla yad olundu - Baku TV

Cəmiyyət
08 noyabr 2026 467 baxış
“Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?

“Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?

Cəmiyyət
08 noyabr 2026 467 baxış
"Özü ağır yaralı olsa da, dedi..." | Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı

"Özü ağır yaralı olsa da, dedi..." | Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı

Cəmiyyət
08 noyabr 2026 467 baxış
Seçilmişlər
icon