Pleyeri seçin:

"Tərkibində elə şey tapıldı ki..." | Bu məşhur makaronların satışı dayandırılır?

07 iyun 2025 728 baxış

Məşhur italyan makaron markası “Barilla” məhsulunda sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edilib. Artıq Avropa Birliyi Almaniyada məhsulun geri çağırılması prosesinə start verib.

Belə ki, 500 qramlıq paketlərdə satılan və 1 mart 2026-cı il tarixinə qədər istifadə müddəti olan partiyalar riskli hesab edildiyi üçün mağazalarda rəflərdən yığılır. Ölkəmizdə də həmin markaya aid makaronlar satışda var.

Mütəxəssislər bildirirlər ki, ağır zəhərli metallar insan orqanizmində xərçəngin yaranmasına gətirib çıxara bilər.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, makaronda tapılan qurğuşunun insan orqanizminə istənilən yaş faktorunda zərər vuracağı sübut olunub:

“Tərkibində qurğuşun olan makaronların və digər qidaların mütəmadi olaraq qəbulu daxili orqanların zədələnməsi və funksiyasının pozulması ilə nəticələnir. Uşaqlarda əqli cəhətdən gerilik, sinir sisteminin pozulması, yaddaşsızlıq, yorğunluq, mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə özünü göstərsə də, böyüklərdə daha çox başağrısı, yorğunluq, eyni zamanda maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər”.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ nəzarətə götürülərək araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 728 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 728 baxış
Seçilmişlər
icon