"Uşaqlar məktəbə palçıq içində gedib-gəlir" | Maştağa sakinlərinin yolsuzluq şikayəti - Baku TV
Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem hələ də həllini tapmayıb.
“Yolsuzluqdan əziyyət çəkirik. Xəstə ölənə yaxın ambulans gəlib çıxır. Uşaqlar məktəbə palçıq içində gedib-gəlirlər”, – deyə sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Maştağa qəsəbəsində qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir.
Qeyd olunub ki, Maştağa qəsəbəsi, Osman Sarıvəlli küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya proqramına əlavə edilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub.
#Maştağa teqi istifadə olunub
- Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb
- "Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV
- Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI
- Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV
- Anasını amansızlıqla qətlə yetirən oğula hökm oxundu - Baku TV CANLI
