Pleyeri seçin:

"Yaxşılıq etdiyin yerdən zərbə alacaqsan" | İnsan bu dünyaya niyə gəlib? - AMİN

04 sentyabr 2025 636 baxış

“Amin” verilişinin budəfəki buraxılışında aktyor Kamal Yaşar və ilahiyyatçı Elnur Əzimli ilə yaxşılıq mövzusu müzakirə olunub.

Kamal Yaşar yaxşılıq anlayışına öz baxışını belə ifadə edib:

“Yaxşılığı hansı tərəfdən ölçsək, yaxşıdır. Yaxşılıq əbədi bir kapitaldır. Mənim üçün itməyən bir kapitaldır və daim aktualdır. Yaxşılıq etmək, əslində, insanın özünə yatırımıdır. Yaxşılıq etdikcə ondan güc də tapmağa başlayırsan”.

Onun sözlərinə görə, bəzən yaxşılıq etdiyiniz şəxslərdən sərtlik və dönüklük görmək mümkündür:

“Amma bu, yaxşılıqdan imtina etməyə əsas vermir. Bu, bir düzəndir. İkinci bir nüans isə budur ki, yaxşılığı yalnız özün üçün etmə. Yaxşılıq olunmalıdır. Bu, Yaradanın tövsiyəsidir. Sənə deyilən budur ki, yaxşılıq et. Əvəz gözləmə. Sən sına da bilərsən, zərbə də ala bilərsən, amma sənin işin yaxşılıq etməkdir”.

İlahiyyatçı Elnur Əzimli isə bildirib ki, insanların dünyaya gəlmə səbəblərindən biri də Allahı tanımaqdan sonra xeyir əməllər işləməkdir:

“Sadə əməllər Allah rizası üçün edilən faydalı əməllərdir. “Qurani-Kərim”də buyurulur ki, iman gətirən və saleh əməllər görənlər yaradılmışların ən xeyirliləridir. Bu, Allahın həmin xeyirxah insanlar üçün ifadə etdiyi termindir”.

Qoşa Qala meydanında avtomobillər üçün hərəkət qaydası dəyişir - Baku TV

Qoşa Qala meydanında avtomobillər üçün hərəkət qaydası dəyişir - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 636 baxış
Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV

Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV

Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI

Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
Havanın ən sərt üzü dağlarda görünəcək? | Hava haqqında məlumat - Baku TV

Havanın ən sərt üzü dağlarda görünəcək? | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
Qoşa Qala meydanına avtomobillə giriş tam dayandırılacaq - ANA XƏBƏR

Qoşa Qala meydanına avtomobillə giriş tam dayandırılacaq - ANA XƏBƏR

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV

Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
“Qəssab 10 dəfə çox sata bilər?” | Heyvanların kəsimində yenilik | Subsidiya verilsə də... - Baku TV

“Qəssab 10 dəfə çox sata bilər?” | Heyvanların kəsimində yenilik | Subsidiya verilsə də... - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV

Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI

İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI

Cəmiyyət
03 oktyabr 2026 636 baxış
Seçilmişlər
icon