Pleyeri seçin:
Ramil İmranov avtomobil qəzasında dünyasını dəyişdi - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol qəzasında həlak olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Hörmətli diplomat həmkarımız, Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət etsin”, – deyə məlumatda qeyd olunub.
Kopyalandı
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
