Pleyeri seçin:

Reketçilikdə adı hallanan DİFAİ təşkilatı Bakı milyonçularını nə üçün təşvişə salmışdı? | ARAŞDIRMA

20 oktyabr 2024 330 baxış

Bakıda və Azərbaycanın bir sıra qəzalarında geniş fəaliyyətə başlamış, əhali arasında kifayət qədər güclü dəstək qazanmış Azərbaycanın milli müdafiə partiyası “Difai”nin yaranması 1906-cı ilin payızına təsadüf edir.

“Difai” Partiyasının kim tərəfindən, nə vaxt və harada yaradılması məsələsinə münasibət bu günə qədər birmənalı deyil.

“Difai” Partiyasının Bəyannaməsində bu, açıqca yazılmışdı: “Əvvəllər olduğu kimi, erməni terror təşkilatları müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhna halınə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik”.

“Difai”nin görünən tərəfində erməni terroru ilə mübarizə, görünməyən tərəfində isə müstəqilliyimiz uğrunda mübarizə dayanırdı. Buna görə də bəzən “Difai”ni Müsavatın sələfi qəbul edirlər.

“Difai”nin maliyyələşməsində Qarabağ bəylərinin və Bakı milyonçularının xüsusi rolu var idi.

Şuşada xalq arasında “dəli sudya” adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün “Difai”nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülmüşdü.

Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə aradan götürülmüşdü. “Difai” firqəsinin Osmanlıdakı “İttifad və Tərəqqi” firqəsi ilə xeyli oxşar cəhəti var. Hər iki firqə istibdada qarşı çıxmış, terrorla mübarizə aparmış, partizan hərəkatı olaraq fəaliyyət göstərmişdir.

“Difai”nin tərkibində kifayət qədər İttihadçılar var idi: Nağı bəy Şeyxzamanlı, Nəsib bəy Yusifbəylinin atası Yusif bəy Yusifbəyli, Xudadat bəy Rəfibəyli və başqalarını buna misal göstərmək olar. Hətta 1918-ci ildə Əhməd bəy Ağaoğlunun İttihadçı Nuru Paşanın siyasi müşaviri olması da, buna sübutdur.

4 mart 1908-ci ildə Qafqaz valisi “Difai”nin fəaliyyətinin ləğvi üçün sərəncam imzalayır. “Difai” rəhbəri Əhməd bəy Ağayev hökumətdən gələn təzyiqlərə görə Türkiyəyə getməli olur. Bununla da “Difai”nin varlığına son qoyulur. 

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
Formula 1 könüllüləri Bakıda tarix yazır

Formula 1 könüllüləri Bakıda tarix yazır

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
Ətraf ərazilərdən Bakıya gələn sərnişinlər üçün hansı yeniliklər edilib? - Baku TV CANLI

Ətraf ərazilərdən Bakıya gələn sərnişinlər üçün hansı yeniliklər edilib? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Cəmiyyət
25 sentyabr 2026 330 baxış
Seçilmişlər
icon