Restoranda siçovul qalmaqalı | AQTA təcili hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə Yusif Məmmədəliyev küçəsində yerləşən restoranların birinin mətbəxində siçovulun gəzməsi ilə bağlı video yayılıb.
Görüntülərin restoranın əməkdaşı tərəfindən lentə alındığı iddia edilsə də, obyektin məsul işçisi deyilənləri təkzib edib.
Bildirilib ki, videogörüntüdəki mətbəx obyektə aid deyil, lentə alan şəxslər də restoranın işçisi olmayıblar:
“Görüntülərin bizim məkana, bizim mətbəxə heç bir aidiyyəti yoxdur. Müvafiq sənədlər mövcuddur, restoran hər ay dezinfeksiya olunur. Kimsə kiminsə adından istifadə etmək istəyir. Biz bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
Qeyd edək ki, iaşə obyekti məsələni təkzib etsə də, restoran artıq fəaliyyət göstərmir. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama nəticəsində iaşə obyektinin fəaliyyəti dayandırılıb.
#Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) teqi istifadə olunub
- Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV
- Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI
- Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV
- Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV
- Dönərxanalara ət göndərən sexdə nələr aşkarlandı? - Baku TV CANLI
