Pleyeri seçin:

Restoranlara neçə kiloqramlıq heyvan sərf edir? | Qəssablar qiymətdən danışdı

11 fevral 2025 690 baxış

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalının azalmasına səbəb olur. Həmçinin fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır.

Belə ki, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kiloqram olub ki, bu da 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. Orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında təxminən 8 min ton itki deməkdir.

“Restoranlar əsasən quzu əti istəyir, onlara böyük heyvan sərf etmir. Əvvəl 7-8 kiloluq quzulara tələbat çox idi. O çəkidə heyvanı tapmaq da, almaq da çətin olur, çox bahadır. 7-8 kiloluq quzu 26-27 manata başa gəlir, biz onu müştəriyə neçəyə sataq?!”, – qəssablar söyləyiblər.

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, sözügedən amil heyvandarlığın inkişafına mane olursa, Nazirlik bununla bağlı qanunvericilik təşəbbüsü irəli sürə bilər. Qanunvericilik orqanı zəruri hesab etdiyi halda heyvanların erkən dövrdə kəsilməsinin məhdudlaşdırılması mümkündür:

“Xırdabuynuzlu və ya iribuynuzlu heyvandarlıq sahəsinə marağın azalmasının əsas səbəblərindən biri urbanizasiya ilə bağlıdır. Azərbaycanda ciddi şəkildə əhalinin iri şəhərlərə köçü baş verir. Heyvandarlıqla məşğul olmaq əvvəlki dövrlərlə müqayisədə aktuallığını itirir. İkinci məsələ isə sözügedən sahədə həm dərmanların, həm də yem xərclərinin artmasıdır”.

İqtisadçı deyir ki, heyvandarlığın inkişafı üçün bu sahə daha gəlirli olmalıdır. Buna isə xərclərin artması fonunda qiymətlərin yüksəlməsi ilə nail olmaq mümkündür.

Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI

Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
Havanın ən sərt üzü dağlarda görünəcək? | Hava haqqında məlumat - Baku TV

Havanın ən sərt üzü dağlarda görünəcək? | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
Qoşa Qala meydanına avtomobillə giriş tam dayandırılacaq - ANA XƏBƏR

Qoşa Qala meydanına avtomobillə giriş tam dayandırılacaq - ANA XƏBƏR

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV

Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
“Qəssab 10 dəfə çox sata bilər?” | Heyvanların kəsimində yenilik | Subsidiya verilsə də... - Baku TV

“Qəssab 10 dəfə çox sata bilər?” | Heyvanların kəsimində yenilik | Subsidiya verilsə də... - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV

Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI

İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
“Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV

“Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
Hansı əraziləri qar, dolu və güclü yağış gözləyir? - Baku TV CANLI

Hansı əraziləri qar, dolu və güclü yağış gözləyir? - Baku TV CANLI

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
Gənc hərbi xidmətdə xəstəliyə yoluxub? | "Mənim problemim deyil ki, texnologiya indi inkişaf edib"

Gənc hərbi xidmətdə xəstəliyə yoluxub? | "Mənim problemim deyil ki, texnologiya indi inkişaf edib"

Cəmiyyət
03 oktyabr 2026 690 baxış
Seçilmişlər
icon