Rusiya-Ukrayna savaşının qurbanı olan azərbaycanlıların ailələri danışdı
Bir vaxtlar vahid bir ölkənin vətəndaşları olduğumuzdan həm Rusiyada, həm də Ukraynada bu gün də minlərlə soydaşımız yaşayır və bu ölkələrin pasportlarını daşıyırlar.
Bu səbəbdən soydaşlarımız 3 ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna savaşının qarşı səngərlərində bir-birinə tətik çəkmək məcburiyyətində qalıblar.
Ukraynadakı Azərbaycan diasporunun nümayəndəsi Vidadi İsrafilov bildirib ki, müharibədə 100-ə qədər azərbaycanlı şəhid olub:
“Onların yarıdan çoxu Ukraynada dəfn olunub. Bəziləri isə ailələrinin xahişi ilə Azərbaycanda torpağa tapşırılıb”.
Müharibədə həlak olanlardan biri də Ukrayna Ordusunun əsgəri Emil Ağabəyovdur.
Mərhumun həyat yoldaşı İrina Ağabəyovanın sözlərinə görə, Emil 2024-cü ilin 24 avqustunda Xarkov istiqamətindəki döyüşlərdə şəhid olub:
“Əvvəlcə ağır yaralanıbmış, hospitala yerləşdiriblər. Amma 3 gün sonra ağır yaralara dözməyib, ürəyi dayanıb. İki azyaşlı uşağımız atasız qaldı. Qızım Safura 14, oğlum Samir isə 11 yaşındadır. Onsuz çox çətindir”.
#Rusiya Ordusu teqi istifadə olunub
- Riçard Nayton Rusiyanın sürətlə güclənən hərbi qüvvələrindən narahat olduğunu bildirib
- Ukrayna Krasnodarda neft emalı zavoduna zərbə endirib
- Rusiya Sumı vilayətində daha bir şəhərə hücum etdi - 24 SAAT
- Rusiyanı təcili hərəkətə keçirən şəxs görün kimdir
- Rusiya Ordusu Ukraynaya dronlarla hücum etdi - Baku TV
