“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə başlanılıb.
Dünyanın 89 ölkəsindən 1000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azərbaycan”ın birgə strateji əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Seçim turları və yarışa hazırlıq prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub.
Qeyd edək ki, bu turda ən yüksək performans göstərən 20 namizəd növbəti seçim mərhələsinə vəsiqə qazanacaq və xüsusi təlim proqramına cəlb olunacaq. Proqramı uğurla başa vuran 2 iştirakçı dünyanın 89 ölkəsindən 1000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada ölkəmizi təmsil edəcək.
#Kibertəhlükəsizlik teqi istifadə olunub
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
- Bakıda ilk beynəlxalq etik haker konfransı "CyberHackCon 2026" keçirildi - Baku TV
- İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
- 700 min vergi ödəyicisinin məlumatı oğurlandı
- Süni intellektlə nəyi paylaşmaq təhlükəlidir?
