Şabranın ən qorxulu kəndi | Bütün sakinlər nədən qaçıb? - KƏNDİNƏ QAYIT
Yeniliklərdən dərhal xəbərdar olun
“Kəndinə qayıt” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında ta qədimdən tacirlərin, zəngin insanların dincəlmək üçün ayaq saxladıqları Şabran rayonuna səyahət edilib.
Əvvəlcə bir evdən ibarət olduğu deyilən Canqayıb kəndi ziyarət olunub. Bu kənddə əvvəllər 11 insan olsa da, indi sadəcə bir evdə iki adam yaşayır. Lakin onlar burada çəkiliş etməyə icazə verməyiblər.
Verilişin aparıcısı daha sonra digər tərk olunan kəndlərdən biri olan Leytiyə yollanıb. Deyilənə görə, uzun illər əvvəl kənd sakinləri Leytini tərk etməyə başlayıblar. Onları buna məcbur edən isə kənddəki şəraitsizlikdir.
Son olaraq sıldırım qayanın zirvəsində yerləşən Çıraqqala ziyarət olunub. Hesab edilir ki, Çıraqqala əsasən istehkam qarovulxana məqsədilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkün idi.
#Kəndinə qayıt (Baku TV-nin verilişi) teqi istifadə olunub
- Böyük şəhərlərə nümunə olan kənd | Necə oldu ki, bütün şagirdlər tələbə adını qazandı?
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
- Pompeyin nəsli bu kənddə yaşayır? - 500 illik sirr: evin tavanında nələr yazılıb? - KƏNDİNƏ QAYIT
- Ölüləri niyə gecə dəfn edirdilər? - KƏNDİNƏ QAYIT
- 300 nəfərlik gizli "WhatsApp" qrupu kəndi necə dəyişir? - KƏNDİNƏ QAYIT
