Sahil Babayev əsassız xərclərin qarşısının alınmasından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayında indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 263 milyon manat əsassız xərclərin qarşısı alınıb”.
Bunu Milli Məclisin noyabrın 26-sı keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, aparılmış sistemli iş nəticəsində DSMF əleyhinə məhkəmə qərarlarının sayı 94%, yaranan maliyyə öhdəlikləri isə 93% azalıb.
“Bununla yanaşı, Fondun fəaliyyət istiqamətləri üzrə ümumi 84 xidmətdən 79-u elektronlaşdırılıb, 2019-2024-cü illərdə ümumilikdə 830 mindən çox proaktiv elektron təyinat aparılıb.
Xüsusilə vurğulanmalıdır ki, 2024-cü ildə Fond tərəfindən aparılmış yaşa görə pensiyaların proaktiv təyinatlarının payı ümumi təyinatların 89%-ni əhatə edib. Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir”, – S.Babayev qeyd edib.
#Sahil Babayev teqi istifadə olunub
- Serbiyalı nazirdən mühüm mesaj | "Azərbaycan Serbiya üçün sadəcə qaz tədarükçüsü deyil" - Baku TV
- Hökumət tərəfindən özəl sektoru hansı imtiyazlar gözləyir? - Baku TV
- Büdcədə neftin qiyməti niyə 65 dollar hesablanıb? - Baku TV
- Nazir son 20 ilin ən yüksək göstəricisini açıqladı
- Son 5 ildə qeyri-neft ÜDM-də nə qədər artım olub?
