Pleyeri seçin:

Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? - Baku TV

11 sentyabr 2026 183 baxış

Baku TV bir müddət əvvəl Xırdalan şəhəri, Seyid Əzim Şirvani küçəsində fəaliyyət göstərən daş emalı sexi ilə bağlı çəkiliş etmişdi.

Sakinlər sexdən ətrafa yayılan tozdan və xırda daş qırıntılarından şikayətlənirdilər. Onların sözlərinə görə, problem illərdir davam edir. Toz yaşayış evlərinə və həyətlərinə dolur, avtomobillərə də zərər dəyir.

Çəkilişdən sonra məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları ərazidə yoxlama aparıblar.

Yoxlama zamanı daş emalı sexinin fəaliyyəti nəticəsində havaya buraxılan tozla bağlı ölçmələr həyata keçirilib. Nəticədə atmosfer havasına atılan tozun müəyyən edilmiş normadan artıq olduğu müəyyənləşdirilib. Aşkar olunan pozuntu ilə bağlı müəssisə barəsində akt tərtib olunub.

“Sexin mülkiyyətçisi Nabat Cəfərovanın vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunması ilə bağlı hazırda qanunamüvafiq tədbirlər görülür. Eyni zamanda ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması, sakinlərin narahatlığının aradan qaldırılması məqsədilə mülkiyyətçiyə icrası məcburi olan ekoloji tələb verilib”, – deyə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov bildirib.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 183 baxış
Seçilmişlər
icon