Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV
Baku TV Şamaxı rayonunun Mirikənd kəndində yaşayan ən yaşlı sakinlərdən biri – 87 yaşlı Camal Beydiyevanın evində qonaq olub.
Uzunömürlülüyü ilə seçilən Camal nənə həyat fəlsəfəsini və sağlam yaşamağın sirrini bölüşüb.
Onun sözlərinə görə, ailəsi kifayət qədər böyükdür: 14 nəvəsi, 17 nəticəsi var. Yaşına baxmayaraq, Camal nənə hələ də gündəlik həyatında aktivliyini qoruyub saxlayır.
“Övladlarımın dişləri tökülüb, mənim dişlərim isə hələ də yerindədir. Bunun əsas səbəbi daim hərəkətdə olmağımdır. Mən heç vaxt boş dayanmağı sevmirəm. İşsiz qalanda darıxıram. Evdə uşaqlar deyir ki, otur dincəl, amma mən razı olmuram. Hərəkət etməyəndə dincələ bilmirəm”, – deyə Camal nənə bildirib.
O hesab edir ki, uzun və sağlam ömür sürməyin əsas şərti zəhmətkeşlikdir:
“İnsan gərək zirək olsun, tənbəllik etməsin, yeyib yatmaqla yaşamasın, başqasına ümid bağlamasın. Zəhmətkeş olsan, Allah da səni yaşadar. Mənə də elə zəhmətimə görə uzun ömür verib”.
#Şamaxı teqi istifadə olunub
- Azərbaycanda ilk və yeganə kapibara ferması | "Nəsimi Bağları"nda daha nələr var? - Baku TV
- 600 illik tarixi inci | Şamaxıda dini abidələrə dövlət dəstəyi - Baku TV
- Şamaxıda istirahət mərkəzi | Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir - Baku TV
- Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksi | İstirahət məkanında nələr yerləşir? - Baku TV
- Şamaxıda "Nəsimi Bağları" kompleksi | “Nəsiminin 21 metrlik abidəsi xüsusi diqqət çəkir” - Baku TV
