Pleyeri seçin:

Səbaildə mübahisəli ərazi | "Əcəb edib tikib" | Yol zəbt olunub, yoxsa evin sərhədidir? - Baku TV

29 avqust 2026 279 baxış

Səbail rayonunun Badamdar qəsəbəsində sakin qonşusundan şikayətçidir.

Dostluq küçəsi, 86 ünvanında yaşayan sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək qonşusunun yolu zəbt etdiyini və evinin divarına qanunsuz müdaxilə göstərdiyini iddia edib. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmayıb.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı məhkəməyə də müraciət edib. Lakin ərazinin onun torpaq sahəsinə daxil olmadığı əsas gətirilərək iddiası təmin edilməyib.

“Ərazi birbaşa mənim evimin sərhədidir. Orada hasar yoxdur və divar isə mənim evimə məxsusdur. Evimin divarında söküntü işləri aparılıb, müxtəlif materiallarla üzlənib. Buna heç bir icazə verməmişəm”, – deyə o əlavə edib.

Məsələ ilə bağlı qarşı tərəf isə səsləndirilən iddiaları əsassız hesab edir. Onun sözlərinə görə, şikayətçi bu iddialardan istifadə edərək onları şantaj edir. O, həmçinin Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən məsələ ilə bağlı müvafiq qətnamələrin qəbul edildiyini bildirib.

Səbail Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Araşdırma zamanı sözügedən ünvana yerində baxış keçirilib. İcra hakimiyyətinin məlumatına görə, baxış zamanı hər hansı torpaq zəbtinin və keçid meydançasının qanunsuz bağlanması faktı aşkar edilməyib. Bildirilib ki, ünvan nəzarətə götürülüb.

Banner
Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Cəmiyyət
23 oktyabr 2026 279 baxış
Seçilmişlər
icon