Pleyeri seçin:

Şəhid anası 8 Martla bağlı keçirilən tədbirdə çıxış etdi | Bir qrup qadın təltif olundu

08 mart 2025 479 baxış

Xaçmaz rayonunda şəhid analarının və həyat yoldaşlarının, eləcə də təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal qadınların iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

“Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Həsənov, şəhid anası Hicran Məlikməmmədova və digər çıxış edənlər Azərbaycan qadınlarının tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən söz açıblar.

Qadınlar göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən qadınların bir qrupu Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub, eləcə də şəhid analarına və bütün xanımlara hədiyyələr, gül cələngləri təqdim edilib.

Sonda yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsert proqramı təqdim olunub.

Banner
"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 479 baxış
Seçilmişlər
icon