Pleyeri seçin:
Şəhid Nofəl Qurbanovun nəşi 31 ildən sonra ailəsinə təhvil verildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılan Qurbanov Nofəl Nəriman oğlunun cənazəsi Sabunçu rayonunda dəfn olunub.
Əvvəlcə şəhidlə evində vida mərasimi keçirilib. Daha sonra şəhidin cənazəsi Sabunçu rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.
“31 ildir gözümüz yolda idi. Bəlkə, sağdır, gələr. Həmişə qulağımız səsdə idi ki, bir xəbərini eşidərik. Bu gün artıq ürəyimiz rahatdır, qardaşımızın nəşi torpağa tapşırıldı”, – şəhidin qardaşı Namiq Qurbanov deyib.
Xatırladaq ki, Nofəl Qurbanov qızğın döyüşlər zamanı ön cəbhədə vuruşub və 1992-ci ildə "Daşaltı əməliyyatı"nda itkin düşüb.
Kopyalandı
