Səhiyyə Nazirliyi ÜST-ə çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rəsmi Bakı Ümumdünya Səhiyyə Təşkilatının regiondakı ofislərini bölgədə sülh əldə olunması istiqamətində səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırıb.
Bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev və təşkilatın Avropa üzrə Regional direktoru Hans Henri Klüqe arasında ikitərəfli görüşdə bildirilib.
Qeyd edək ki, mayın 21-də Ümumdünya Səhiyyə Təşkilatının İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi keçirilib. Ölkəmiz Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Nazir son günlər Ermənistan mediasında ÜST-ün həmin ölkədəki nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə Azərbaycanın suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb.
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- "Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
