Pleyeri seçin:

Səhv müdaxilə futbol karyerasını bitirdi, sevgilisi atıb getdi | "Dedi, daha lazım deyilsən"

04 avqust 2026 232 baxış

“Arzunun vaxtı” verilişinin budəfəki qonaqları keçmiş futbolçu, hazırda model kimi fəaliyyət göstərən Aleks Prikrostov və bloger Delia Prikrostova olub.

Delia həyat yoldaşı Alekslə tanışlıq hekayəsindən, münasibətlərinin ilk illərindən və evlilik qərarından danışıb.

O bildirib ki, əvvəllər rusla ailə quracağı təqdirdə daha sərbəst həyat yaşayacağını düşünürmüş:

“Hamı deyirdi ki, kef edəcəksən, hər şeyə icazə verəcək. Amma əslində onun içində bir azərbaycanlı “qaqaş” yaşayır. Çox qısqancdır”.

Delia münasibətlərinin ilk dövrlərində Aleksin maddi vəziyyətinin ağır olduğunu da etiraf edib:

“Bir dəfə pulqabısını açdım, gördüm ki, cəmi 2 manatı var. Heç nə istəmirdi. Bilirdim ki, pulu olmadığı üçün elə deyir. Mən isə çəkilişlərdən normal qazanırdım və ilk vaxtlar hesabları özüm ödəyirdim”.

Aleks futbol karyerasının səhv tibbi müdaxilə səbəbindən yarımçıq qaldığını bildirib. O deyib ki, zədədən sonra sınıqçıya aparılması vəziyyətini daha da ağırlaşdırıb və ard-arda dörd əməliyyat keçirib:

“2024-cü ildə ayağımdan zədə aldım. Məni həkimə yox, sınıqçıya apardılar. Səhv müdaxilə oldu. Üç əməliyyatdan sonra yenidən yeriməyi öyrənirdim. Daha sonra dördüncü əməliyyat da keçirildi və futbolu birdəfəlik buraxmalı oldum”.

O həmin ağır dövrdə sevgilisinin onu tərk etdiyini də açıqlayıb:

“Əməliyyatda olanda anama deyib ki, mənə bu vəziyyətdə lazım deyil. Sonra üzümə dedi ki, artıq səni istəmirəm. Həkimlər ayağımın amputasiya oluna biləcəyini deyirdilər. Həm sağlamlığımı, həm də sevdiyim insanı eyni vaxtda itirdim”.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 232 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 232 baxış
Seçilmişlər
icon