Separatçılardan təxribat: sülhməramlılar atəşə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 20-də qanunsuz erməni silahlıları Rusiyanın sülhməramlı kontingentinə məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, sentyabrın 20-də Azərbaycanın Tərtər rayonunun Canyataq kəndi ərazisində sülhməramlılara məxsus “KamAZ” markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində sülhməramlı kontingentin bir əsgəri ölüb, bir nəfər hərbi qulluqçu isə yaralanıb.
Bundan başqa məlumatda deyilir ki, sentyabrın 20-də Azərbaycanın Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli antiterror tədbirlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı, yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya sülhməramlı kontingentinin həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində 5 nəfər rusiyalı hərbi qulluqçu həlak olub.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
