Şərabçı Fərid Pənahov "Bordo şərablarının Azərbaycanda səfiri" adını qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın ən qədim tədbirlərindən biri, şərab qardaşlığının fəxri komandirinin növbəti yığıncağı Çiğu qalasında baş tutub.
Qeyd edək ki, bu təşkilatın 315 üzvü var və Fransanın fərqli şəhərlərində toplanırlar.
Bu təşkilata yeni üzvlərin qəbul olunması ilə bağlı ölkənin Bordo vilayətində yerləşən möhtəşəm şatoda tədbir keçirilir. Bununla da yeni üzvlər Fransa şərablarının ölkəsində nümayəndəsi olma hüququ qazanır, o cümlədən qızıl medal və diplomla təltif olunur. Şərabçı Fərid Pənahov da Bordo şərablarının Azərbaycanda səfiri adını qazanıb.
“Fəridi yanımda gördüyüm üçün çox şadam. Mən “Vintex” şirkətinin rəhbəriyəm, biz Bordoda yerləşirik. Fərid mənim dostumdur, o, Azərbaycanda ilk insandır ki, Bordonun səfiri adını qazandı. Bu, möhtəşəm gecədir, möhtəşəm şərabların dadına baxdıq. Gözəl anlar yaşadıq”, – “Vintex” şirkətinin rəhbəri Filip Larç deyib.
Tədbirdə 1000-dən çox sahibkar, tanınmış simalar iştirak ediblər. Təşkilatın nümayəndələri milli geyimlərdə qonaqları qarşılayıb, taclanma mərasimindən sonra onlar özəl şam yeməyinə dəvət ediliblər.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
