Sərnişinlərin nəzərinə | AZAL bu cihazlarla bağlı qaydalara dəyişiklik edir
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 20-dən AZAL hava nəqliyyatında portativ şarj cihazlarının – "powerbank"ların daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək.
Məlumata görə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların "powerbank"larla şarj edilməsi qadağan olunur.
Bildirilir ki, bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir:
"Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi AZAL üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb. Yeni qaydalara əsasən, təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır, şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz, şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır – onlar sərnişinin yanında, ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır, yalnız zavod markalaması olan, nominal tutumu 100 vatadək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir.
Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 vatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır".
Sərnişinlərə tövsiyə olunub ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri müşahidə edildikdə dərhal ekipaj üzvlərinə məlumat verilməlidir.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
