Sosial Tədqiqatlar Mərkəzi sorğu keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Tehrandakı səfirliyinə yanvarın 27-də edilən silahlı hücum və mart ayında baş verən insidentlərin xronologiyası ictimai-siyasi fikir məkanında müxtəlif istiqamətli müzakirələrə səbəb olub. Mövzunun aktuallığını və ictimai-siyasi aspektdən vacibliyini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi ictimaiyyətin baş verən hadisələrə dair fikirlərini öyrənib.
Sorğuda iştirak edənlərin 76.8%-i İranın regionda Ermənistanın maraqlarını qoruduğunu, öz istəklərini bu ölkə üzərindən reallaşdırmağa çalışdığını bildirib, respondentlərin 5.5%-i İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3.4%-i Azərbaycanın maraqlarını üstün tutduğunu ifadə edib.
İştirakçıların 14.3%-i isə bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib. İştirakçılar arasında hər üç nəfərdən biri hesab edir ki, Azərbaycan İranla münasibətlərində bu ölkənin Ermənistana dəstək olmasını, həmçinin Azərbaycana dini müdaxilə cəhdlərini nəzərə almalıdır.
Respondentlərin əksəriyyəti İranın regionda Ermənistanın maraqlarını qoruduğunu ifadə etməsinə baxmayaraq, 29.7%-i Azərbaycanın İranla münasibətlərində tarixi köklərin və qonşuluq əlaqələrinin nəzərə alınmalı olduğunu qeyd edib. Təbii ki, bu da Azərbaycanın İranla olan münasibətlərində dinc qonşuluq siyasətinə sadiqliyinin əyani göstəricisidir.
#Sosial Tədqiqatlar Mərkəzi teqi istifadə olunub
- Azərbaycan nümayəndə heyəti Çində keçirilən forumda iştirak edir
- Mirzoyandan sensasiyalı iddia | Sorğu keçirildi, detallar açıqlandı
- Ermənistanla sülhə yanaşma | Əhali arasında sosial sorğu keçirildi
- Azərbaycan və Ermənistanla bağlı sorğu keçirildi | Nəticələr açıqlandı
- Azərbaycanda 8 kəndin qaytarılması ilə bağlı sorğu keçirildi
