Sovet ordusu 26 yanvarda Lənkəranda qətliam törədib
Yeniliklərdən dərhal xəbərdar olun
20 Yanvar faciəsindən sonra sovet ordusu bölgələrdə də təxribatlar törətdi. Yanvarın 26-da Lənkəranda dinc sakinlər qanına qəltan edildi.
Əli qana bulaşmış sovet ordusuna qarşı lənkəranlılar da etiraz səsini ucaltmışdı. Onlarla vətənpərvər gənc kütləvi qırğının qarşısını almaq üçün hərbçilərin diqqətini yayındırmaq məqsədilə Haftoni meşələrinə çəkilir.
Rayon sakini Qismət Əmirovun sözlərinə görə, əslində, özünümüdafiə batalyonunun hər bir üzvü qeyri-bərabər döyüşdə şəhid olacaqlarını bilirdilər. Amma milli vətənpərvərlik ruhu o qədər yüksək idi ki, onlar bu döyüşə bilə-bilə qoşuldular.
Ümumilikdə 11 lənkəranlı Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıb. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində, 6-sı isə Lənkəranda şəhid olub. Azadlıq hərəkatının 46 üzvü isə Rusiyaya həbsxanaya göndərilib. Hadisə şahidlərindən biri olan Aliyə Ağayeva da minlərlə rayon sakininin toplaşdığı meydanda öz yazdığı şeirlərlə insanlarda ruh yüksəkliyi yaradıb.
“Mən şeir deyəndə arxada vertolyot desant tökürdü. Heç kəs tərpənmirdi, hamı yerində durmuşdu”, - deyə o qeyd edib.
#20 Yanvar faciəsi (Qanlı Yanvar) teqi istifadə olunub
- Türkiyəli fermerdən maraqlı addım | 7 saat traktorla torpağa yazı həkk etdi - Baku TV
- Pis hava şəraitinə baxmayaraq, xalq Şəhidlər xiyabanına axın etdi - Baku TV
- Soydaşlarımız Qanlı Yanvarda Bakıya necə dəstək oldular? - Baku TV
- "O gündən evimizin işığı söndü..." | 20 Yanvar şəhidinin həyat yoldaşından təsirli sözlər - Baku TV
- "O qədər adamı Rusiyaya apardılar" - 20 Yanvar faciəsi Mirnaib Həsənoğlunun obyektivindən - Baku TV
