Pleyeri seçin:
Sumqayıt polisi şəhid qardaşının döyülməsinə görə hərəkətə keçdi
Sumqayıt şəhərində döyülmə faktı baş verib.
21 yaşlı şəhər sakini Sərcuk Bayramov gecəqondu məhəlləsində avtomobil təmiri mərkəzinin qarşısında obyektlərdən birinin sahibi tərəfindən döyülüb. Mübahisənin avtomobilin düzgün park edilməməsindən qaynaqlandığı iddia olunur.
Hadisə nəticəsində Sərcuk Bayramov bədənindən və baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı dərhal Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb. Daha sonra öz istəyi ilə evə buraxılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Sərcuk Bayramov 44 günlük Vətən müharibəsində şəhid olan Səlimxan Bayramovun qardaşıdır.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- "Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV
- Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI
- "Camaat qorxa-qorxa keçir" | Sakinlər çıxılmaz halda | "Hamı uşağını maşınla apara bilmir" - Baku TV
- "Kimə deyirik, hamısı bizi yola verir" | "Qurd dərəsi" sakinləri şikayətə qalxdı - Baku TV
- “Mən icazə vermirəm ağlamağa!” | Bina sakinləri ilə obyekt sahibi arasında qalmaqal - Baku TV
