Sumqayıtda binanın qarşısına "5G qurğusu" qurdular | Sakinlər etiraz etdi
Sumqayıt şəhərinin 17-ci məhəllə ərazisindəki 6 saylı binanın qarşısında quraşdırılan mobil rabitəyə dair qurğu sakinlərin ciddi narazılığına səbəb olub.
Ərazidə yaşayan insanlar qurğu işə başlanıldığı vaxtdan səhhətlərində problem yaşandığını iddia ediblər.
“İki-üç gündür elə bil beynimi maqnitə yapışdırıblar. Bu, “ağ ölüm” deməkdir. Xərçəngin bir növünü yaradan belə radiasiya şüalarıdır”, – şikayətçi deyib.
Sakinlərin sözlərinə görə, qurğu 3 il əvvəl binanın damında quraşdırılsa da, sonradan yeri dəyişdirilərək 6 saylı binanın qarşısındakı qarajın üzərinə yerləşdirilib.
Qeyd edək ki, həmin qurğu mobil operator şirkətlərindən birinə məxsusdur. Məsələ ilə bağlı şirkətdən bildirilib ki, mobil rabitə şəbəkəsinin fəaliyyətini təmin edən, ölkənin müxtəlif ərazilərində quraşdırılan ötürücü qurğuların ətraf mühitə və insanların sağlamlığına mənfi təsiri müəyyən edilməyib. Sözügedən ərazidə sakinlərlə şirkət əməkdaşlarının görüşü keçiriləcək.
#Sumqayıt teqi istifadə olunub
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
- Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV
