Pleyeri seçin:
Suqovuşana növbəti köç | Doğma yurduna qovuşan sakinlər “Baku TV”yə danışdı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç çərçivəsində daha 53 ailə yeni salınmış yaşayış kompleksində mənzillərlə təmin olunub.
Bununla da indiyədək Gəncə şəhəri, Bərdə, Tərtər və Abşeron rayonlarında məskunlaşmış 185 nəfər keçmiş məcburi köçkün doğma torpağına, Ağdərəyə qayıdıb.
Qeyd edək ki, martın 18-də dövlət başçısının iştirakı ilə istifadəyə verilən müasir yaşayış kompleksində 180 ailənin məskunlaşması nəzərdə tutulub.
Doğma yurdlarına qayıdan sakinlər sevinclərini Baku TV ilə bölüşüblər.
“Elə bil məni Murov dağının başına qaldırıb endirdilər. Belə gözəl şəraiti mənə verdikləri üçün çox xoşbəxtəm, sevincimdən ağlayıram”, − sakinlərdən biri söyləyib.
Kopyalandı
#Böyük Qayıdış proqramı teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
- “Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV
- Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV
