Pleyeri seçin:

Suraxanı sakininin həyatına son qoymasının pərdə arxası

11 dekabr 2023 184 baxış

Bəzi media və sosial şəbəkə səhifələrində İntiqam Binnət oğlu Zamanovun intihar etməsi və əmlakının ələ keçirilməsi faktı üzrə qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, İntiqam Zamanovun özünü asaraq intihar etməsi faktı üzrə Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı dövrədək aparılmış istintaqın gedişində toplanmış sübutlar əsasında müəyyən edilib ki, İntiqam Zamanov ailə münasibətləri zəminində qanunsuz hərəkətlər etdiyi üçün oğlu öz ailəsi ilə birgə başqa yerə köçüb, onu yeni evə qəbul etməyib və sonuncu müxtəlif ünvanlarda gecələdikdən sonra qanunsuz əməllərindən rüsvay olması nəticəsində əvvəllər yaşadığı, Binə qəsəbəsində yerləşən evə gələrək orada intihar edib.

İstintaq tədbirləri ilə həmçinin İntiqam Zamanovun ölümündən əvvəl yaşadığı evin qohumu Elman Zamanova məxsus olması, həmin evin mərhumun oğlu tərəfindən deyil, Elman Zamanov tərəfindən başqa şəxsə satılması müəyyən edilib.

Cinayət işi üzrə çoxsaylı şikayət etmiş ümumilikdə 18 nəfər şəxsin hər biri prokurorluq orqanlarında qəbul edilən zaman baş vermiş hadisədən və cinayət işindən məlumatsız olduqlarını, hər hansı dövlət orqanına müraciət etmədiklərini, eləcə də ərizələrdəki imzaların onlara məxsus olmadığını bildiriblər.

Bu müraciətlər araşdırılan zaman baş vermiş hadisədə maraqları olan, mərhumun bacısı oğlu Məhəbbət İsmayılov və digərləri tərəfindən istintaqa təzyiq göstərmək məqsədilə İntiqam Zamanovun ölümündə məhz oğlunun təqsirli olması barədə dövlət orqanlarına 18 nəfərin adından müxtəlif vaxtlarda qərəzli şikayətlər yazılması təsdiqini tapıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

“Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur”, – qeyd edilib.

Banner
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 184 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 184 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 184 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 184 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 184 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 184 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 184 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 184 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 184 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 184 baxış
Seçilmişlər
icon