Sürücü və piyadaların həyatı risk altında | Buradakı yol nişanı isə... - NECƏ OLMALIDIR?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Əlicabbar Orucəliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində sürücülərin qarşılaşdığı problem haqqında məlumat verilib.
Belə ki, adıçəkilən küçədən prospekt istiqamətinə çıxmaq istəyən sürücülər ciddi maneə ilə üzləşirlər.
Bildirilib ki, sözügedən kəsişmədəki ağaclar səbəbindən sol istiqamətdən gələn avtomobilləri görmək mümkün deyil. Bu da hər iki istiqamətdən gələn sürücülərə problem yaradır.
“Kəsişmədə görüntü bucağını məhdudlaşdıran maneənin olması həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə yaradır. Şəhərin lazımi hissələrində yol nişanlarının çatışmazlığının olduğu vaxtda burada “Giriş qadağandır” nişanının yerləşdirilməsi sual doğurur. Çünki Ə.Orucəliyev küçəsindən gələnlər üçün məcburedici “Sağa yol” nişanı var. Buradan da belə nəticəyə gəlmək olur ki, sözügedən nişanın heç bir faydası yoxdur”, – deyə qeyd edilib.
#Yol nişanları teqi istifadə olunub
- “Hələ nələr olacaq, onu Allah bilir" | Balaxanıda faciə: "Hamısında da elə vurublar ki..." - Baku TV
- Sakinlər yol nişanlanmasının düzgün aparılmamasından şikayət edirlər - Baku TV
- "Bunun mənasını bilirsiniz siz?!" | Bu yollarda qırmızı işıqda keçmək olar? - Baku TV
- Sürücüləri çaşdıran yol nişanları | ”Qəzaya səbəb ola bilər” - Baku TV
- "Cərimələr" prospekti | Burada yaranan vəziyyət aləmi bir-birinə qatır - NECƏ OLMALIDIR?
