Sürücülər bu yolda necə hərəkət etsin? - Piyada xətti isə... - NECƏ OLMALIDIR?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda Salamzadə küçəsindən gəlib “20 Yanvar” metrostansiyası istiqamətində hərəkət etmək istəyən sürücülər sol zolağa keçmək üçün problem yaşayırlar.
Belə ki, Salamzadə küçəsində Tbilisi prospekti istiqamətində hərəkət etmək istəyən sürücülər geridönməni həyata keçirərkən ciddi problemlə qarşılaşırlar.
“20 Yanvar” metrostansiyasından gələnlər zolaq dəyişənlərə yol vermirlər. Manevr edənlər də öz növbəsində qaydaları pozaraq bir neçə zolağı kəsmək məcburiyyətində qalırlar. Çünki sona yaxınlaşanda yerdə 1.11 üfüqi nişanlanma xətti sola girişi qadağan edir. Sürücülərin isə iki seçimi qalır: ya qayda pozmaq, ya da irəlidəki dairədən geri dönüb qayıtmaq. Yerdə boyanın silinməsi isə piyada keçidinin əlamətlərinin 0-a düşməsi deməkdir.
#Necə olmalıdır (Baku TV-nin rubrikası) teqi istifadə olunub
- Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?
- İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?
- Yaşıl işıq yanır, hərəkət isə ləngiyir | Küçədə bu qədər yaxın keçidlərə ehtiyac var?
- Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?
- Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?
