Pleyeri seçin:
Sürücülər bunları bilsin | Bu yolda məhdudiyyət qoyuldu, hərəkətin istiqaməti isə...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 4-12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə bağlı olaraq hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks-istiqamət üzrə ikitərəfli təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.
Kopyalandı
#Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) teqi istifadə olunub
- Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR
- Lənkəranda yol problemi | Biləsər kəndinin sakinlərinin narazılığı nə vaxt həll olunacaq? - Baku TV
- Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi | 8 kəndlə əlaqə kəsildi - Baku TV
- "Yollar çöküb, uçqun əmələ gəlib" | Quba-Xınalıq yolunda son vəziyyət necədir? - Baku TV
- Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV
