Sürücüləri faciənin bir addımlığında qoydular | "Həyat üçün 1 nömrəli təhlükədir!" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Masazır qəsəbəsində yolun hərəkət hissəsində qapağı olmayan baxış quyusu avtomobillərin hərəkəti üçün ciddi təhlükə yaradıb. Hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, gün ərzində çoxsaylı avtomobil quyuya düşür.
“Avtomobilimin qabaq təkəri quyuya düşdü. Ətrafdakı insanların köməyi ilə maşını oradan çıxardıq”, – deyə sürücülərdən biri qeyd edib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yolun hərəkət hissəsində yerləşən baxış quyusunun qapağının olmaması ilə bağlı daxil olan müraciət Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən operativ şəkildə araşdırılıb. Araşdırma zamanı sözügedən ünvanda baxış quyusunun qapağının naməlum səbəbdən yerində olmaması müəyyən edilib.
Qurumdan qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanlarına araşdırma aparılması məqsədilə məlumat verilib və baxış quyusunun qapağı qısa müddətdə yenisi ilə əvəz olunub.
#Abşeron teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
