Sürücülərin diqqətinə | Paytaxtda bu yollar bağlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Bu barədə Dövlət Yol Polis İdarəsinin sürücülərə müraciətində vurğulanıb.
Qeyd olunub ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
“Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsi, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsi, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısı, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, – deyə məlumatda qeyd olunur.
#20 Yanvar faciəsi (Qanlı Yanvar) teqi istifadə olunub
- Türkiyəli fermerdən maraqlı addım | 7 saat traktorla torpağa yazı həkk etdi - Baku TV
- Pis hava şəraitinə baxmayaraq, xalq Şəhidlər xiyabanına axın etdi - Baku TV
- Soydaşlarımız Qanlı Yanvarda Bakıya necə dəstək oldular? - Baku TV
- "O gündən evimizin işığı söndü..." | 20 Yanvar şəhidinin həyat yoldaşından təsirli sözlər - Baku TV
- "O qədər adamı Rusiyaya apardılar" - 20 Yanvar faciəsi Mirnaib Həsənoğlunun obyektivindən - Baku TV
