Sürücülərin etdiyi səhv | Hərəkətin təşkilindəki problem nədir? - NECƏ OLMALIDIR?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda yerləşən Musabəyov parkının yanından gəlib Zərdabi küçəsi istiqamətində hərəkət etmək istəyən sürücülər Zərdabi küçəsindən gələn sürücülərə yaşıl işıq yanana qədər ortada qalmış olurlar. Bu da son məqamda qəza şəraitinin yaranması deməkdir.
Sözügedən ərazi yolun Mirəli Seyidov küçəsindən Musabəyov parkının kənarı ilə gəlib, Mətbuat prospekti, Haqverdiyev və Zərdabi küçələri istiqamətində şaxələnən hissəsidir.
Adıçəkilən nöqtədə hərəkətin təşkilindəki nöqsanlar və bəzi sürücülərin səriştəsizliyi problemlərə yol açır.
Əsas nöqsan yuxarıdan gələn nəqliyyat vasitələrinin sola hərəkəti zamanı yaşanır. Çünki Zərdabi küçəsində hərəkətdə olanlar üçün yaşıl işıq yananda bu istiqamətdə gələnlər ortada qalırlar.
Digər problem isə Zərdabi küçəsi istiqamətində sürücülərin bir neçə zolaq yaratmasıdır.
Eyni zamanda Mətbuat prospekti istiqamətində hərəkət edənlər isə nədənsə bu iki zolaqdakı sürücülərin hərəkətini təkrarlayırlar. Hərəkətin təşkilinə görə sağa dönənlər yalnız nişanın tələbinə uyğun davranmalıdırlar. İşıqforun tələbi onlar üçün deyil.
#Necə olmalıdır (Baku TV-nin rubrikası) teqi istifadə olunub
- Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?
- İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?
- Yaşıl işıq yanır, hərəkət isə ləngiyir | Küçədə bu qədər yaxın keçidlərə ehtiyac var?
- Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?
- Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?
