Pleyeri seçin:
Şuşada Novruz tonqalı qalanıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyasının keçirildiyi ərazinin yanında Novruz tonqalı qalanıb.
Bununla yanaşı, ərazidə bayram simvolu sayılan səməninin təsviri quraşdırılıb. Eyni zamanda aksiya iştirakçıları üçün Novruz süfrəsinin təamlarından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hazırlanıb.
Bundan başqa, ərazidə musiqi səhnəsi quraşdırılıb və müxtəlif mahnılar səsləndirilib. Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün açıqdır.
Kopyalandı
#Şuşa teqi istifadə olunub
- Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV
- İşğaldan azad edilmiş ərazidə növbəti mina partlayışı baş verib - 24 SAAT
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
