Şuşadakı "Yasəmən" hoteli kimin evi olub? - İnsanı keçmişə aparan məkan | ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı”nda bu dəfə müəllif və aparıcı Arzu Kəlbi Şuşada yerləşən “Yasəmən” hotelində olub.
İnteryeri ilə keçmişi xatırladan hotelin bir çox fərqli cəhətləri var. Onlardan biri də burada katibənin olmaması və gələn qonaqları ev yiyəsinin qarşılamasıdır.
Hoteldə konseptə uyğun olaraq, ev yiyəsi kimi fəaliyyət göstərən Zahid Rüstəmov buranın üç binadan ibarət olduğunu söyləyib. O, mənfur qonşularımızın həmin binaları pis vəziyyətə saldıqlarını, işğal dövründə onları dağıdaraq tariximizi yox etmək istədiklərini bildirib.
“Bu evlər tarixi hesab olunur. Hoteldə yaradılan konseptə əsasən, ev yiyəsi kimi gələn qonaqları qarşılayır, qulluqlarında dururuq. Bəzən elə qonaqlarımız olur ki, bir yerdə çay içir, söhbət edirik. Burada bir ailə kimiyik”, ‒ deyə Zahid Rüstəmov bildirib.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
