Şuşanın Turşsu kəndinə neçə ailə köç edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonunun Turşsu qəsəbəsində olublar.
Qəsəbə barədə media nümayəndələrinə məlumat verilib.
Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə – 202 nəfər köçürüləcək.
“Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz səviyyəsindən 1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı kilometrliyində yerləşir. Qəsəbə ərazisində 353 evin tikintisi nəzərdə tutulub. İlkin mərhələdə qəsəbəyə 50 ailə – 202 nəfərin köçü planlaşdırılıb. Ailə saylarına, tərkiblərinə uyğun olaraq otaqların bölgü məsələləri həllini tapıb. İlkin mərhələdə kənd ərazisində 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evlərin tikintisi nəzərdə tutulub”, – o qeyd edib.
#Şuşa teqi istifadə olunub
- Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV
- İşğaldan azad edilmiş ərazidə növbəti mina partlayışı baş verib - 24 SAAT
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
