Pleyeri seçin:

Tahir Əmiraslanov Azərbaycan mətbəxinin mənəvi tərəfindən danışdı | "Bu təamlar satıla bilməz"

08 iyul 2025 651 baxış

“Milli mətbəx yalnız folklor, ədəbi, tarixi nümunə deyil, hərtərəfli təhlil olunmalıdır. Əgər paxlava, şəkərbura kimindirsə, muğam onundur. Bozbaş, bozartma kimindirsə, saz onundur. Çünki muğam ifa olunanda siz ət yeyə bilməyəcəksiniz, getməyəcək. Bu, kökdən, şüuraltından gələn hadisədir”.

Bunu tanınmış kulinar Tahir Əmiraslanov söyləyib.

Mütəxəssis vurğulayıb ki, mətbəx çox gözəl silahdır və təbliğat vasitəsidir:

“Məsələn, mən bu gün bir dənə yemək yaradıram, çömçə fırladan babayam, Azərbaycan dilini dərindən bilmirəm, fars və ya ərəb dilindən dilimizə gələn sözlə ona ad qoyuram. 50 ildən sonra ərəb deyir ki, bu mənim xörəyimdir, çünki adı ərəbcədir. Xörəyin milli identifikasiyası məsələsi öz yerini tapmalıdır.

Rus sosioloq alim Kozlov deyir ki, millətlərin yoxa çıxması milli mətbəxin aşınmasından başlayır. Bu gün mətbəximizdə ciddi aşınmalar baş verir. Bunun üçün bir ayrıca tədqiqat mərkəzi və ya institutu yaradılmalıdır.

Bir tarixçi alim deməlidir ki, bu xörək niyə yaranıb. Dilçi alim adının təhlilini verməlidir. Fizika alimi bişirilən qazanda əmələ gələn istilik proseslərini, kimyaçı tərkibin dəyişməsini, həkim hansı xəstəlikdə lazım olduğunu, bir din xadimi onun dində olan yerini və s. müəyyənləşdirməlidir”.

T.Əmiraslanov qeyd edib ki, xörəyin elementləri təkcə reseptlərdən ibarət deyil, bu, tarixdir, dildir:

“Azərbaycan mətbəxinin mənəvi tərəfi sufi, islam, qədim atəşpərəstlik təsiri ilə formalaşıb. Xörəklərin hər birinin mənası var. Paxlavanın da, şəkərburanın da və s. sokral dünyada yeri var. Məsələn, adıçəkilən təamlar satıla bilməz. Çünki bu, birbaşa qadınlıqla, namus anlayışı ilə bağlıdır”. 

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 651 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 651 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 651 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 651 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 651 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 651 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 651 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 651 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 651 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 651 baxış
Seçilmişlər
icon