TƏBİB-dən təyyarə qəzasında yaralananlarla bağlı təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə TƏBİB məlumat yayıb.
“Onların hər biri ixtisaslı həkim mütəxəssislər tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər. Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir”, – məlumatda deyilib.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
