Təhdidə çevrilən inkişaf: Süni intellektin “çılpaq həqiqətləri” | GLOBAL PANORAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə süni intellektin cəmiyyətə təsiri, yaratdığı imkanlar və təhlükələr, eləcə də onun tənzimlənməsi ilə bağlı qlobal yanaşmalardan bəhs olunub.
Bildirilib ki, süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib, lakin onun yaratdığı təhlükələr də az deyil.
“Deepfake” texnologiyası ilə yaradılmış saxta videolar və səslər ictimai fiqurlardan tutmuş məktəblilərə qədər hər kəsi hədəfə çevirir.
ABŞ-də süni intellektlə yaradılan saxta Bayden səsi seçki prosesinə təsir edib, Yeni Zelandiyada isə Baş nazir saxta çılpaq fotosunu parlamentdə nümayiş etdirərək təhlükəyə diqqət çəkib.
Britaniyada qadın siyasətçilər, Hindistanda aktrisa Raşmika Mandanna və ABŞ-də məktəbli Elliston Berri “deepfake” qurbanına çevriliblər. Bir çox ölkələr artıq hüquqi addımlar atır.
Avropa İttifaqı “AI Aktı”nı qəbul edib, Cənubi Koreya və İspaniyada sərt cəza tədbirləri görülür.
Texnologiyanın təhlükələri fonunda onun müsbət tərəfləri də var. Süni intellekt səhiyyədə diaqnostikaya dəstək verir, təhsil və ekologiya sahələrində inqilabi rol oynayır.
Mütəxəssislər bildirirlər ki, süni intellekt yalnız etik və məsuliyyətli şəkildə istifadə olunarsa, insanlıq üçün faydalı alətə çevrilə bilər.
#Süni intellekt teqi istifadə olunub
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
- İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
