Təhsil müəssisəsində neçə şagird oxuyacaq? | Cəmil Quliyevdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda “Talıstan” liseyinin açılışı olub.
Təhsil müəssisəsi 1296 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Lisey 4 mərtəbədən və 5 korpusdan ibarətdir. Burada 56 sinif otağı ilə yanaşı, fizika, kimya və biologiya laboratoriyaları da fəaliyyət göstərəcək.
Heydər Əliyev Fondunun Heydər Əliyev irsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev bildirib ki, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin bütün ərazisində yeni məktəb binaları inşa edilərək müasir avadanlıqlarla təchiz olunur:
“Ehtiyac olduğu hallarda mövcud məktəblər əsaslı təmir və bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həyata keçirilən son layihələrimizdən biri də dövlət başçısının iştirakı ilə açılışı keçirilən “Talıstan” liseyidir. Qeyd edim ki, bu proqramın əsas məqsədi ölkədə elm və təhsilin inkişafına töhfə vermək, şagirdlərin, gənclərin sağlam və keyfiyyətli şəraitdə təhsil almasına nail olmaqdır”.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
