Tələbələr yenilənən Cəbrayıl və Zəngilanda quruculuq işləri ilə tanış oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.
Səfər Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti və ali məktəb arasında imzalanmış memorandumda nəzərdə tutulan fəaliyyətlər çərçivəsində təşkil edilib.
Səfərin əsas məqsədi universitetin Memarlıq və İnşaat fakültələrində təhsil alan tələbələri işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış etmək və onları gələcək iş həyatına hazırlamaqdır. Eyni zamanda, tələbələrin bilik və bacarıqlarının artırılmasına, eləcə də peşəkar mühəndislərin hazırlanmasına töhfə vermək və tikinti prosesini əyani göstərməkdir.
Belə ki, tələbələrin ilk getdiyi ünvan Cəbrayıl rayonunun Horovlu kəndi olub. Burada onlar tamamilə yenidən qurulan kəndin layihəsi ilə tanış olublar. Həmçinin onlara kəhrizlərin bərpası prosesi haqqında ətraflı məlumat verilib.
Daha sonra “Böyük Qayıdış”ın ilk ünvanı olan Ağalı kəndinə gedən tələbələr “ağıllı” kənddə yaradılan şəraitlə tanış olublar. Onlar həmçinin yenicə istifadəyə verilən Zəngilan Konqres Mərkəzi Kompleksinə də baş çəkiblər.
#Zəngilan teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Böyük Qayıdışın başladığı rayon | Zəngilan necə azad olundu? - Baku TV
- Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradılıb | 242 yaşayış evi tikilib - Baku TV
- 7-ci dəfə keçirilən yay düşərgəsi bu dəfə Zəngilanda baş tutub - Baku TV
- Zəngilanda meyvə bağlarında nektarin yığımı davam edir - Baku TV
