Texnologiya naminə nələri qurban veririk? | Süni intellekt öz yaradıcılarını məhv edir? - AMİN
Yeniliklərdən dərhal xəbərdar olun
“Amin” verilişinin yeni buraxılışında jurnalist İlhamiyyə Rza ilə səmimiyyət, insanlara sevgi ilə yanaşmaq və süni intellektin gələcəyi barədə fikir mübadiləsi aparılıb.
İlhamiyyə Rza səmimiyyətin bəzən irad kimi qəbul edilməsinə münasibət bildirib. O, özünütənqidə hər zaman açıq olduğunu və özünə qarşı başqalarından daha tələbkar yanaşdığını vurğulayıb:
“Bəzən mənə səmimi olmağımı irad tutaraq deyiblər ki, sən çox səmimisən. Təsəvvür edin, bunu irad kimi deyiblər, amma mən bunu qəbul etməmişəm. Kənardan tənqidi fikirlər səsləndiriləndə onlara çox diqqətlə yanaşıram və əksər hallarda razılaşıram. Çünki mənim özümə yanaşdığım qədər tənqidi yanaşan ikinci bir adam yoxdur. Kim nə qədər tənqid etsə də, öz tənqidimin qarşısında o fikirlər zəif qalır”.
Jurnalist insanlar arasındakı münasibətlərdən də danışıb. Onun fikrincə, başqalarının qüsurlarını axtarmaqdansa, insanlarda gözəllik görmək və onlara sevgi ilə yanaşmaq mühüm mənəvi keyfiyyətdir:
“İnsanlar oturub bir-birində ancaq qüsur axtarırlar. Bu qədər boş və asudə vaxtları var, içlərində bu qədər təkəbbür var. Mənə başqasını sevdirən əsas cəhət onun insanları sevməsidir. Görürsən ki, uşağa, böyüyə, qocaya sevgi ilə baxır, onda mənim görmədiyim bir gözəlliyi görür. Belə olanda deyirəm ki, sən necə gözəl insansan, o qədər pisliyin içində o gözəlliyi görə bildin. Mən belə insanlara heyran oluram”.
#İlhamiyyə Rzayeva teqi istifadə olunub
