Təyyarə qəzasında həlak olan kapitan pilot İqor Kşnyakinin qızı atasından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İqor Kşnyakin işlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən əsas məsələ sərnişinlərin təhlükəsizliyi olub.
Bunu mərhum gəmi komandiri İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
“Atam böyük qəlbi olan, hər zaman öz işinə sadiq olan insan idi. O, çox təcrübəli pilot idi. İşlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən əsas məsələ sərnişinlərin təhlükəsizliyi idi. Atam hər zaman “mən havaya qalxanda təkcə özümün deyil, həm də bütün sərnişinlərin, ekipaj üzvlərinin həyatına görə məsuliyyət daşıyıram” deyirdi. O, son uçuşu ilə əsl qəhrəmanın necə olduğunu sübuta yetirib”, – o vurğulayıb.
#İqor Kşnyakin teqi istifadə olunub
- AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV
- AZAL təyyarəsinin qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu
- Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür | Pilotun ailəsi məzarını ziyarət etdi
- Əhali Milli Qəhrəmanları ziyarət etmək üçün 2-ci Fəxri xiyabana axın edir
- İqorun ölümü ilə hər şeyim getdi | Kapitan pilotun həyat yoldaşı fəryad etdi
