Pleyeri seçin:

Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsi ilə bağlı yeni layihə | Detallar açıqlandı

03 iyul 2025 277 baxış

Türkiyənin müxalif İYİ Partiyasının sədri, millət vəkili Müsavat Dərvişoğlu Ermənistanla sərhəddə yerləşən Əlican sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adının verilməsini təklif edib.

Partiya rəhbəri müvafiq qanun layihəsini artıq Türkiyə parlamentinə təqdim edib. Qanun layihəsini 28 deputat imzalayıb.

Türkiyə Böyük Millət Məclisinə təqdim olunan qanun layihəsində deyilir:

“Bu, sadəcə, ad dəyişikliyi deyil, türk xalqının öz tarixini, qəhrəmanlarını, yaddaşını müdafiə etmək iradəsinin təzahürüdür, çünki milli qəhrəmanlarını unudan millətlər zamanla unudulur. Əlican sərhəd-keçid məntəqəsinə Tələt Paşa adının verilməsi o deməkdir ki, xalq düşmənə qarşı möhkəm dayanaraq öz tarixi kimliyini öz sərhədlərinə həkk edir”.

Layihədə bunun həm türk xalqının gənc nəsillərinə tarixi şüurun aşılanması, həm də dövlətin tarixi davamlılığını və şərəfli keçmişini xatırlatmaq baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Xatırladaq ki, Tələt Paşa Osmanlı sultanları V Mehmet Reşat və VI Mehmet Vahdettinin hakimiyyətləri dönəmində sədrəzəm, həmçinin İttihad və Tərəqqi Cəmiyyətinin qurucularından biri olub. O, 1921-ci il martın 15-də Berlində “Daşnaksütyun” terror təşkilatının həyata keçirdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçu tərəfindən öldürülüb.

Tramp xalqa müraciətində Ukrayna və Venesueladan danışmadı

Tramp xalqa müraciətində Ukrayna və Venesueladan danışmadı

Dünya
18 dekabr 2025 277 baxış
Tankerlər hərbçilər tərəfindən müşayiət olunacaq

Tankerlər hərbçilər tərəfindən müşayiət olunacaq

Dünya
18 dekabr 2025 277 baxış
Tarixin ən böyük İsrail–Misir anlaşması qeydə alınıb

Tarixin ən böyük İsrail–Misir anlaşması qeydə alınıb

Dünya
18 dekabr 2025 277 baxış
Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib

Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib

Dünya
18 dekabr 2025 277 baxış
İsrail Ordusu yenidən Suriya ərazisində

İsrail Ordusu yenidən Suriya ərazisində

Dünya
18 dekabr 2025 277 baxış
Belçika dondurulmuş Rusiya aktivləri üçün israr edir?

Belçika dondurulmuş Rusiya aktivləri üçün israr edir?

Dünya
18 dekabr 2025 277 baxış
Tunisdə sakinlər ayağa qalxdı | Kimya zavoduna qarşı etiraz aksiyası

Tunisdə sakinlər ayağa qalxdı | Kimya zavoduna qarşı etiraz aksiyası

Dünya
18 dekabr 2025 277 baxış
Rusiyadan Ukrayna üçün pulun alınması mexanizmi - Baku TV

Rusiyadan Ukrayna üçün pulun alınması mexanizmi - Baku TV

Dünya
18 dekabr 2025 277 baxış
Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama

Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama

Dünya
17 dekabr 2025 277 baxış
Ukraynanın aqibəti necə olacaq?

Ukraynanın aqibəti necə olacaq?

Dünya
17 dekabr 2025 277 baxış
Seçilmişlər
icon