Ərdoğan Aşqabadda Vladimir Putin və Şahbaz Şəriflə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Rusiya və Ukrayna arasında enerji obyektlərinə və limanlara zərbələr baxımından məhdud atəşkəsin həyata keçirilməsinin faydalı olacağına inanır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Ərdoğan müharibənin ədalətli və qalıcı bir sülhlə sonlandırılması üçün ortaya qoyulan səylərin dəyərli olduğunu bildirib. Hər iki tərəf üçün praktik faydaları olan sahələrdə irəliləyiş əldə edilə biləcəyinə inandığını vurğulayıb.
O, müharibənin dayandırılması üçün Türkiyənin bütün formatlarda danışıqlara ev sahibliyi edə biləcəyini diqqətə çatdırıb.
Türkiyə Prezidenti həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə də görüşüb. Görüş zamanı mövcud əməkdaşlıq əlaqələri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.
Ankaranın Əfqanıstan və Pakistan arasında barışığın təmin edilməsi üçün yaradılan mexanizmə töhfə verməyə hazır olduğu bildirilib.
İki ölkə arasında energetika, ticarət və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
