Ucarda intim videosu yayılan direktorla bağlı bilinməyənlər
Ötən gün sosial şəbəkələrdə Ucar rayonu Şirvan Həsənov adına Alpout kənd 2 saylı orta məktəbin direktoru Orxan Rəhimovun intim videosunun yayılması kənd sakinlərinin kəskin etirazına səbəb olmuşdu.
Sakinlər yayılan görüntülərə ciddi şəkildə etirazlarını bildirib və məktəb direktorunun dərhal işdən azad olunaraq məktəbi tərk etməsini tələb ediblər.
Şikayətçilər deyirlər ki, direktor əvvəlcə yayılan görüntülərin ona aid olmadığını iddia edib: “Boynuna almırdı, deyirdi ki, montajdır. Sonradan etiraf etdi ki, yayılan görüntülərdəki şəxs odur. Dedi ki, Bolqarıstan vətəndaşı məni şantaj edir”.
Məktəbin təsərrüfat müdiri Nəriman Həsənovun sözlərinə görə, sakinlərin etirazından sonra direktor işdən çıxmaq haqqında ərizə yazıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb, sözügüdən məktəbin direktoru tutduğu vəzifədən azad olunub.
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
