Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində tədbir təşkil olunub
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Heydər Əliyev mərkəzində baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.
İlk olaraq RİH başçısı Nahid Bağırov məruzə ilə çıxış edib. O bildirib ki, 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayan ulu öndərin adı xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edilib.
Tədbirdə çıxış edən millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, ulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
