Uşaqlarımız təhlükədədir? | Ekspertlərdən qaz sobaları barədə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Qaz plitələrinin düzgün istifadə edilməməsi ciddi xəstəliklər, xüsusilə də uşaqlar üçün təhlükə yarada bilər.
Belə ki, qaz plitələri işlədikdə havaya "benzol" adlı zərərli maddə yayılır. Stanford Universitetinin alimlərinin tədqiqatları göstərir ki, bu maddənin uşaqlara zərəri böyüklərdən 16 dəfə yüksəkdir. Leykoz və digər xərçəng növlərini yarada bilir.
Araşdırma zamanı o da müəyyən olunub ki, yemək bişirildikdən sonra bəzi evlərin yataq otaqlarında benzolun miqdarı təhlükəsizlik həddindən 3 dəfə artıq qeydə alınıb.
“Məişətdə qaz cihazından istifadə edilirsə, mütləq ventilyasiya və nəfəslik olmalıdır. Təhlükəsizlik üçün otağın kvadratı da nəzərə alınmalıdır”, –deyə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı Baku TV-yə danışarkən bildirib.
#Xərçəng xəstəliyi teqi istifadə olunub
- Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?
- “Həkim bilirdi ki...” | Dişini çəkdirən qadın xərçəng oldu | Bakıda dəhşət - Baku TV
- Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi
- Xərçəngə qarşı fərdiləşdirilmiş vaksin uğurla sınaqdan keçirilib
- Xərçəng xəstəliyinin müalicəsi üçün yeni alət hazırlanıb
