Vardanyan ailəsinə göndərdiyi audiomesajda nələr dedi?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda həbsdə olan, hərbi cinayətlərdə təqsirləndirilən Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib.
Bu barədə "Oxu.Az" Ermənistan KİV-ə istinadən məlumat verib.
Bildirilib ki, R.Vardanyan müraciətində səhhəti ilə bağlı hər şeyin qaydasında olduğunu deyib.
"Mən heç zaman olmadığı qədər ruhən gümraham", – deyə o bildirib.
R.Vardanyan daha sonra təmasda olduğu çoxlu sayda azərbaycanlıya təşəkkür edib.
"Mən optimistəm və inanıram ki, hər şeyə rəğmən, qarşımızda duran bütün çətinlikləri dəf edəcəyik və bəzi xalqların bacardığı kimi, yenə də öz vətənimizdə qonşumuzla sülh şəraitində, bir-birimizə hörmət edərək yaşayacağıq, qarşılıqlı düşmənçiliyə, yığılmış qəzəb və nifrətə qalib gələcəyik. Ancaq biz bunu həqiqətən etmək istəyiriksə, bizə sadəcə kağız üzərində imzalanan deyil, həmçinin həyatda da reallaşdırılan, həqiqətən, sabit, uzunmüddətli sülh lazımdır", – deyə R.Vardanyan vurğulayıb.
Qeyd edək ki, Rubem Vardanyan 2023-cü il sentyabrın 27-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində saxlanılıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
